ŞOK: GƏNCƏNİN İCRA BAŞÇISI GÜLLƏLƏNİB! – Elmar Vəliyev ağır yaralıdır, cangüdəni ölüb! (Yenilənir)

2 553 3-07-2018, 22:53 gundem

ŞOK: GƏNCƏNİN İCRA BAŞÇISI GÜLLƏLƏNİB! – Elmar Vəliyev ağır yaralıdır, cangüdəni ölüb! (Yenilənir)
Təxminən 1 saat əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev silahlı hücuma məruz qalıb!
“AzPolitika.info“ya Gəncədəki mənbələrdən verilən məlumata görə, Elmar Vəliyev ağır yaralıdır, cangüdəni isə ölüb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb.

“Report”un hüquq–mühafizə orqanlarından əldə etdiyi məlumat da “AzPolitika.infonun xəbərini təsdiqləyib. Məlumata görə isə, hadisə nəticəsində icra başçısı Elmar Vəliyev ağır yaralanıb, mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.

İcra başçısı ağır yaralı vəziyyətdə Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.

Bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Əlavə məlumat veriləcək!

XƏBƏR LENTİ