Salyanda mikroavtobus aşdı-10 nəfər xəstəxanaya yerləşdirilib

669 13-07-2018, 08:34 hadise

Salyanda mikroavtobus aşdı-10 nəfər xəstəxanaya yerləşdirilib
Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. “Mercedes Vito” markalı mikroavtobus və “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Qəza zamanı “Mercedes Vito”-nun aşdığı bildirilir.

Xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan ikisinin azyaşlı olduğu bildirilir. Qəzanın təfərrüatları müəyyənləşdirilir. Əlavə məlumat veriləcək. (APA)

XƏBƏR LENTİ