"Əsil faciə budur, məhz Azərbaycan vikpediyasında Azərbaycan türk tarixini saxtalaşdırıblar..."

1 008 21-07-2018, 11:19 siyaset / gundem

“Azərbaycan Milli Ensiklopediyasında və vikpediyasında biabırçılıq davam edir”


"Əsil faciə budur, məhz Azərbaycan vikpediyasında Azərbaycan türk tarixini saxtalaşdırıblar..."
"Əsil faciə budur. Yad deyil, məhz Azərbaycan vikpediyasında Azərbaycan türk tarixini saxtalaşdırıblar... Bu saxta tarixçiliyə görə, Azerbaycana türklər gəlmədirlər, özü də 11-ci əsrdə Səlcuqlar ya da Oğuzlar zamanında gəliblər. Buranın qədim xalqı da, "Qafqazdilli albanlar" və "İrandilli midiyalılar", ya da "İrandilli azərilər" imiş?! Və s. Guya, hər iki "xalqı" 11-ci əsrdə Səlcuqlar türkləşdiriblər?! Başdan ayağa saxtakarlıq... Ən maraqlısı isə odur ki, Azerbaycan vikperdiyaçıları bu yazdıqlarına mənbə kimi Böyük Sovet Ensiklopediyasını, Britannika Ensiklopediyasını göstərirlər?! Hər ikisi də düşmən mənbəsidir..."
Bu sözləri özünün feysbuq səhifəsində AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu) yazıb.
F.Ələkbərli sonra qeyd edir:

"OXUYUN:
Link: Xeberdar.net

"Bu gün əslində azərbaycanlılar türkdilli xalq olsalar da,bu hadisə XI əsrdə baş verib.Şimali Azərbaycanlılar və Cənubi Azərbaycanlılar da XI əsrdə türkləşib və türkləşənə qədər başqa-başqa xalqlar olublar.Şimaldakılar Qafqazdilli albanlar olublar.Onların yaşadığı əraziyə Albaniya,ərəb işğalından sonra isə Aran deyilib.Cənubi Azərbaycandakılar isə İrandilli azərilər olublar.Onlar Atropatenada yaşayıblar və ərəb işğalından sonra Atropatenaya Azərbaycan deyilib.Azərbaycan adını Arana Məhəmməd Əmin Rəsulzadə vermişdir.Bu 2 xalq isə XI əsrdə Səlcuq türkləri tərəfindən türkləşdirilmişdir.Böyük Sovet Ensiklopediyasına görə azərbaycanlıların etnogenezində(en) qədim Atropatena və Qafqaz Albaniyasının yerli(ru) əhalisi ilə yanaşı, bura b.e.ə. I minillik və b.e.nın I minilliyində gəlib çıxmış irandilli(madaylar,parflar) və türkdilli tayfalar hunlar, bulqarlar, xəzərlər, oğuzlar, peçeneqlər və s. ) iştirak etmişdir[12].

Britannika Ensiklopediyasına görə azərbaycanlılar qarışıq etnik mənşəyə malikdirlər – azərbaycanlıların etnogenezində iştirak etmiş ən qədim element isə Şərqi Zaqafqaziyanın yerli əhalisi və bir də ola bilsin İranın şimalında yaşamış irandilli midiyalılar olmuşdur. Bu əhali Sasanilər sülaləsinin hakimiyyəti dövründə (b.e. III—VII əsrlərində) farslaşmışdı. Əhalinin türkləşməsi(ru) isə, hesab edilə bilər ki, XI əsrdə regionun səlcuqlar tərəfindən tutulması ilə başlamış və bu proses sonrakı əsrlərdə türk xalqlarının yeni miqrasiya axınları, o cümlədən, XIII əsrdəki Monqol istilaları dövründə kütləvi köçləri ilə (monqol ordusunun tərkibində olan və həm də monqol hücumları nəticəsində köç edib başqa ölkələrə sığınmağa məcbur olan xalqların əksər hissəsi türk idi) davam etmişdir[57]. Britannikdə etnik azərbaycanlıların dominant irsi komponenti, XI əsrdə oğuzların hücumları vaxtında Azərbaycana gəlib çıxmış türklər hesab edilir[58].

Böyük Laruss ensiklopedik lüğətinə(fr) görə, "azərbaycanlılar XI əsrdə türkləşmiş qədim irandilli əhalinin törəmələridirlər"[59].""

“Azərbaycan Milli Ensiklopediyasında biabırçılıq davam edir”. Bu haqda “XXI Əsr” Təhsil Məkəzinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev öz “facebook” səhifəsində yazıb.
"Əsil faciə budur, məhz Azərbaycan vikpediyasında Azərbaycan türk tarixini saxtalaşdırıblar..."

“AzPolitika.info”nun məlumatına görə, Etibar Əliyev daha sonra yazıb: “Azərbaycan Milli Ensiklopediyasının 7 cildi çapdan çıxıb. Ensiklopediyanın cildlərindəki məqalələr əsasən “Bolşaya Rossiyskaya Ensiklopediya”dan köçürülür. Ensiklopediya işini bilməyənlər deyirlər ki, burada qəbahət yoxdur. Ancaq bu qəbahət olmaqla yanaşı, həm də rüsvayçılıqdır. Ölkənin alim potensialını şübhə altına almaqdır. Sadəcə tərcümə işidir.
Milli Ensiklopediyanın 7-ci cildini satışda gördüm. Görün bu alimi-biəməllər nə ediblər. Bu cildin 476-cı səhifəsində XX əsrin mühüm fəlsəfi cərəyanı sayılan “ekzistensializm” haqqında məqalə verilib. Yazıblar: “Eksiztensializm(lat.ex(s)istentia-varlıq), varlıq fəlsəfəsi”.
"Əsil faciə budur, məhz Azərbaycan vikpediyasında Azərbaycan türk tarixini saxtalaşdırıblar..."
Ekzistensializm “varlıq” haqqında cərayan deyil, ey alimi-biəmməllər. Ekzistensializm “mövcudluq” haqqında fəlsəfi cərəyandır. “Varlıq” haqqında fəlsəfi təlim “Ontologiya” adlanır. Bunu qoyuram bir yana. “Ekzistensializm” haqqında məqaləni elə urvatsız tərcümə ediblər ki, hətta bunu oxuyan filosoflar da heç nə başa düşə bilməzlər.
Düşünürəm ki, 2004-cü ildə olduğu kimi bu Ensiklopediyanın da yüksək dairələrdə müzakirəsinin vaxtı çatıb”.

Xeberdar.net

XƏBƏR LENTİ