Rusiya Ermənistana 200 milyon dollarlıq silah verdi –İmzalanmış sazişə əməl olundu

870 22-07-2018, 22:47 dunya

Rusiya Ermənistana 200 milyon dollarlıq silah verdi –İmzalanmış sazişə əməl olundu  Yerevan və Moskva arasında imzalanmış kredit sazişi üzrə Rusiyanın Ermənistana 200 mln. dollar dəyərində silah tədarükü başa çatdırılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

“Müasir silahlar tədarük edilib. İstisna deyil ki, bu cür silahlar heç Rusiya ordusunun özünün arsenalında yoxdur”, – deyə erməni nazir vurğulayıb.

David Tonoyan əlavə edib ki, dost münasibətləri olan Ermənistan və Rusiya arasında bir çox müqavilələr bağlanılsa da, lazım gəldikdə sazişlərdəki bəzi müddəalar yenidən nəzərdən keçirilə bilər.

200 milyon dollar dəyərində Rusiya istehsalı olan silahların alınması üçün nəzərdə tutulmuş qeyd olunan kredit sazişi (illik 3 faizlə) iki ölkə arasında 2015-ci ilin iyununda imzalanıb.

XƏBƏR LENTİ