Rəsulzadəni təhqir edən YAP-çı deputatın məhkəməsi başlayır

Rəsulzadəni təhqir edən YAP-çı deputatın məhkəməsi başlayırMüsavat partiyası Naqif Həmzəyevin Rəsulzadənin ailə üzvləri və Azərbaycan xalqından üzr istəməsini tələb edir

Müsavat partiyası Gəncədən deputat olan Naqif Həmzəyevi məhkəməyə verib. Bu barədə “Azadlıq“a partiyanın maraqlarını müdafiə edən vəkil Nemət Kərimli məlumat verib.

Vəkil bildirib ki, YAP–çı deputat Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə barədə təhqiramiz fikirlər səsləndirdiyinə görə Müsavat partiyası ona qarşı məhkəmədə iddia qaldırıb. Partiya Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində Naqif Həmzəyevin səsləndirdiyi fikirlərə görə Azərbaycan xalqından və Rəsulzadənin ailə üzvlərindən media vasitəsilə üzr istəməsi tələbini irəli sürüb.
Qeyd edək ki, Naqif Həmzəyev bir qrup curnalistin Gəncəyə səfəri zamanı təşkil olunan bir məclisdə Rəsulzadənin bu şəhərdəki büstünə torba keçirilməsi barədə suala cavab verərkən təhqiramiz fikirlər səsləndirib:

“Niyə Rəsulzadının büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram, mənim üçün bircə lider var, o da ümummilli lider.

Heç bilirsiz o Rəsulzadə respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı, qurduğu respublikanı qoruyub saxlayardı.

Rəsulzadə satqın olub, o bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub. Onun barəsində dəqiq məlumat bilmək üçün tarixçilərə müraciət edin. Onlar kimin nə olduğunu yaxşı bilir. Bir də ki, Cümhuriyyətin qurulmasında təkcə Rəsulzadə deyil, başqalarının da xidmətləri olub. Siz niyə onlar barəsində sual vermirsiz? Cümhuriyyət məgər təkcə Rəsulzadədən ibarətdir?!”

Müsavat partiyası iddia ərizəsində də deputatın bu cür fikirlərlə Rəsulzadənin şərəf və ləyaqətini təhqir etdiyini vurğulayıb: “Naqif Həmzəyevin Rəsulzadəyə atdığı şər və böhtan Müsavat Partiyasının üzvlərinin dərin narahatlığına səbəb olub. O, çıxışında tarixi faktları saxtalaşdıraraq, ən əsası, Məhəmməd Əmin Rəsulzadənin şərəf və ləyaqətini təhqir edərək, etika qaydalarına sığmayan ifadələrdən istifadə edib. Onun bu açıqlamaları həm də Azərbaycan xalqına təhqirdir“.

Nemət Kərimlinin sözlərinə görə, yanvarın 14-də iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Deputat özü məhkəməyə qatılmayıb və prosesdə vəkili iştirak edib. İş üzrə məhkəmə baxışı fevralın 3-nə təyin olunub.

Aytən

Xeberdar.net

Rəsulzadəni təhqir edən YAP-çı deputatın məhkəməsi başlayır

  • 27-01-2016, 20:03
  • 972


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. ABŞ və Türkiyə Ukraynanı silahlandırır – “Əgər Azərbaycanın təcrübəsi bizdə olsaydı...”
  3. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  4. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  7. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  8. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  9. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  10. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI