Balakəndə 2 tondan artıq çətənə kolu məhv edildi –Polis əməliyyatı

764 30-07-2018, 11:45 kriminal

Balakəndə 2 tondan artıq çətənə kolu məhv edildi –Polis əməliyyatıDaxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu barədə DİN mətbuat xidmətinin Şəki regional qrupundanXeberdar.net-ə verilən məlumata görə, Balakən RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Meşəşambul kəndi ərazisində yabanı halda bitmiş çəkisi 2 tondan artıq olan ümumilikdə 3254 ədəd narkotik tərkibli çətənə bitkisi müəyyən edilərək müvafiq qaydada məhv edilib.

Xeberdar.net

XƏBƏR LENTİ