Təhsil nazirindən əmr –Astara Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub

1 058 31-07-2018, 09:47 cemiyyet

Təhsil nazirindən əmr –Astara Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub
Astara Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub.

Bu vəzifəyə müvafiq əmrlə Həsənov Rəşad Vasif oğlu təyin edilib.

R. Həsənov 1982-ci ildə Astara rayonu Şahağac kəndində anadan olub. 2004-ci ildə Lənkəran Dövlət Universitetini Biologiya müəllimi ixtisası üzrə bitirib. 2004-2005-ci illərdə hərbi xidmətdə olub. 2005-2006-cı illərdə Astara rayonu D.Əsədov adına Şahağac kənd 2 saylı tam orta məktəbdə müəllim, 2006-2016-cı illərdə Astara rayonu D.Əsədov adına Şahağac kənd 2 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, 2016-2018-ci-illərdə Astara Rayon İcra Hakimiyyəti başçısının Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. YAP Astara Rayon Təşkilatı Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Ailəlidir, 4 övladı var.

Qeyd edək ki, təhsil şöbəsinin əvvəlki müdiri Qızbəs Məmmədova iyunda vəzifəsindən azad olunaraq, Astara RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib/Report.

XƏBƏR LENTİ