Ümid Partiyasının metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının artması ilə bağlı bəyanat yaydı

931 1-08-2018, 15:07 siyaset / gundem

Ümid Partiyasının metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının artması ilə bağlı bəyanat yaydıÜmid Partiyasının metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımı ilə bağlı bəyanat yayıb. Partiyanın Mətbuat xidmətindən Xeberdar.net-ə daxil olan bəyanatda deyilir:

"Tarif Şurası 30 iyul 2018-ci il tarixli iclasında metroda və ictimai nəqliyyatda sərnişin daşıma qiymətlərini 50% artırıb. Eyni zamanda Tarif Şurası qiymət artımından sonra da ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olduğunu əsas kimi göstərib.
Ümid Partiyası hesab edir ki, tariflərin Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olması metroda və ictimai nəqliyyatda sərnişin daşımalarında qiymət artımına əsas ola bilməz. Tarif Şurası həmin ölkələrdə minimum əmək haqqı və minimum pensiyanın da nə qədər olduğunu nəzərə almalıdır. Çünki, Azərbaycanda minimum əməkhaqları MDB və region ölkələrinin çoxundan aşağıdır.
Məslən, 2018-ci il üçün minimum əmək haqqı Azərbaycanda 130 manat, Qazaxıstanda 140 manat, Ermənistanda 190 manat, Rusiyada 275 manat, Türkmənistanda 297 manat,Türkiyədə 710 manat təşkil edir.
Ümid Partiyası Tarif Şurasının bu qərarını qəti şəkildə pisləyir və bildirir ki, metroda və ictimai nəqliyyatda sərnişin daşımalarında qiymət artımı digər sahələrdə də qiymət artımına gətirib çıxaracaq,Əhalinin bütün təbəqələri yeni qiymət artımının doğuracağı nəticələrdən əziyyət cəkəcək,sosial durumu ağır olan aztəminatlı ailələrin vəziyyəti bir az da ağırlaşacaq və bu həssas donəmdə ölkədə gərginliyin artmasına səbəb olacaq.
Partiya hesab edir ki, dövlət büdcəsindən subsidiya alan metroda və sərnişindaşımada şəffaflıq və hesabatlıq təmin edilməli, 1 sərnişinin daşınmasının maya dəyəri, onun məsrəf elementləri, səhmdar cəmiyyətlərinin gəlirləri və xərcləri barədə ictimaiyyət müntəzəm məlumatlandırılmalıdır.
Metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımının neqativ təsirlərini neytrallaşdırmaq üçün hökumət təcili aztəminatlı və ictimai nəqliyyatdan müntəzəm olaraq istifadə edənlərin xərclərinin tənzimlənməsi üçün qərarlar qəbul etməli, xüsusilə,tələbə və təqaüdçülər üçün ictimai nəqliyyatda və metroda istifadə ilə bağlı güzəştli kartlar müəyyən olunmalıdır."

Xeberdar.net

XƏBƏR LENTİ