“APA Holding”-in rəhbərindən açıqlama:"Saytların fəaliyyətini özümüz dayandırmışıq, araşdırma aparılır"

673 3-08-2018, 15:20 cemiyyet

“APA Holding”-in rəhbərindən açıqlama:"Saytların fəaliyyətini özümüz dayandırmışıq, araşdırma aparılır"Azərbaycanda böyük mətbuat orqanlarından olan “APA Holding” MMC-yə daxil olan saytların fəaliyyəti bir neçə gündür ki, dayandırılıb.

Bu gün Holdinqin rəhbəri Vüsalə Mahirqızı saytların fəaliyyətini dayandırması ilə bağlı öz “Facebook” profilində qısa açıqlama verib.

O bildirib ki, hazırda araşdırma aparılır: “Müəyyən problemlər yarandığına görə “APA Holding”ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb. Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.

XƏBƏR LENTİ