Rusiyada vertolyot qəzası nəticəsində 18 nəfər öldü

622 4-08-2018, 08:51 dunya

Rusiyada vertolyot qəzası nəticəsində 18 nəfər öldüRusiyanın Sibir diyarının Krasnoyarsk vilayətində "Mi-8" tipli sərnişin vertolyotu qəzaya uğrayıb. İlkin ehtimala görə, onun göyərtəsində 18 nəfər olub və onların hamısı ölüb.

RİA "Novosti" regionun fövqəladə hallar xidmətindəki mənbəyə istinadən yazır ki, 18 nəfərdən 3-ü heyət üzvü olub. Onun sözlərinə görə, vertolyotun göyərtəsində "Ankor" şirkətinin əməkdaşları olub.

Mənbə "Mi-8"in uçuş zamanı qəzaya uğradığını bildirib. Onun düşdüyü yer artıq aşkar edilib. Hava gəmisi qəzaya uğradıqdan sonra yanmağa başlayıb.

İlkin ehtimala görə, qəzaya texniki nasazlıq və ya pilotun səhvi səbəb olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin məlumatına görə, vertolyot İqarka şəhərindən 2 km aralıda sərt eniş edib. Bu, Bakı vaxtı ilə saat 7:20-də baş verib.


Xeberdar.net

XƏBƏR LENTİ