Azərbaycanla hər an müharibə başlaya bilər – Ermənistanda sensasion bəyənat

783 4-08-2018, 10:32 cemiyyet

Azərbaycanla hər an müharibə başlaya bilər – Ermənistanda sensasion bəyənatQarabağda müharibə avqustun və sentyabrın istənilən günündə başlaya bilər.
Bunu "Helsinki təşəbbüsü-92"nin Dağlıq Qarabağ komitəsinin koordinatoru Karen Ohancanyan özünün “Facebook” səhifəsində yazıb.

“Azərbaycan tərəfindən Qarabağla və Ermənistanla sərhəd boyunca baş verən hər şey iri miqyaslı hərbi hərəkətlərin başlanğıcına hazırlıqdır, hansı ki, artıq avqustda və ya sentyabrda hökmən başlaya bilər”, - deyə Ohancanyan iddia edib.
"... Görünür, Azərbaycanda müharibəyə futbol üzrə dünya çempionatı dövründə və ya ondan dərhal sonra başlamaq niyyətləri olub. Amma Minəçevir İES-dəki qəza və Gəncədə baş verən hadisələr Azərbaycanın, Türkiyənin və onların Qarabağ probleminin həllini hərbi yolla reallaşdırmaq məsələsində müttəfiq-himayəçilərinin niyyətini bir qədər geriyə atdı.

Bu gün hərbi həll öz aktuallığına itirməyib, həm də ki, bəzi "dost" ölkələr bununla Ermənistanın yeni hakimiyyətini, bəyan edilmiş hədəflərə ardıcıllıqla çatmaq planlarını reallaşdırmaq niyyətinə görə, cəzalandırmaq istəyərdi. Beləliklə, döyüş hərəkətlərinin başlanğıcına açıq hazırlıq göz qabağındadır...", - deyə Ohancanyan öz qorxusunu ifadə edib./ virtualaz.org-a /

XƏBƏR LENTİ