Mehman Hüseynovun anası vəfat etdi

928 6-08-2018, 12:18 cemiyyet

Mehman Hüseynovun anası vəfat etdiHəbsdəki blogger Mehman Hüseynovun anası Firəngiz Hüseynova dünyasını dəyişib.

“Turan”-ın məlumatına görə, kəskin ürək çatışmazlığı diaqnozu ilə xeyli vaxtdır xəstəxanada müalicə alan F.Hüseynova bu gecə vəfat edib.

Çoxsaylı müraciətlərə baxmayaraq, hakimiyyət Mehman Hüseynova son günlərini yaşayan anası ilə vidalaşmaq üçün şərait yaratmayıb.

Mehman Hüseynovun qardaşı Emin Hüseynov isə mühacirətdədir.

Alah rəhmət eləsin!

XƏBƏR LENTİ