Qazax rayon Mərkəzi Xəstəxana bərbad vəziyyətdədir

Qazax rayon Mərkəzi Xəstəxana bərbad vəziyyətdədir

Tibb müəssisəsinin baş həkimi Arzu Novruzov adi təzyiq ölçməyə görə 5-10 manat istəyir.

Xəstəxanadakı tibbi avadanlıqların əksəriyyəti müasir tələblərə cavab vermir.

Dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrinin pulsuz tibbi xidmətə keçirilməsi hər il dövlət büdcəsindən səhiyyə sahəsinə kifayət qədər böyük məbləğdə vəsaitin ayrılması ilə izah edilir. Səhiyyə nazirinin sözügedən əmri sosial durumu aşağı olan əhali təbəqəsi üçün çox sevindirici oldu. Lakin verilən əmrdən keçən bu illər ərzində ölkənin səhiyyə sistemində vəziyyət yaxşılaşmaqdansa getdikcə daha da pisləşdi. Misal kimi Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkimi Arzu Novruzovu göstərmək olar. Belə ki, Xəstəxanasında yaranan dözülməz şərait, adı çəkilən tibb müəssisəsinin xəstələrini dilə gətirir. Görəsən bu müəssisədə baş verən qanunsuzluqlara Oqtay Şirəliyev niyə reksiya vermir. Hamiya məlum olduğu kimi KİV – də Arzu Novruzovun qanunsuzluğu, cinayətlərini ifşa edən yazılar dəfələrlə ictimayətin diqqətinə çatdırılıb. Yoxsa Azərbaycan Səhiyə Nazırı Oktay Şirəliyev özünü ictimayət nümayəndəsi saymır?

Xəstəxana olduqca bərbad vəziyyətdədir. Xəstəxanada ciddi nöqsanların mövcud olduğunu iddia edən məlumatlı şəxslərin bildirdiyinə görə, tibb müəssisəsində yaşanan neqativ halların başında xəstəxananın baş həkimi Arzu Novruzov dayanır: «Belə ki, o, vəzifə səlahiyətindən sui-istifadə edərək rəhbəri olduğu xəstəxananı bazara çevirib. Şöbə müdiri istisnasız olaraq bütün xəstələrdən nəsə umur və bu kimi hallar vətəndaşların haqlı narazılığına səbəb olmaqdadır. Onun bu tip əməllərilə bağlı dəfələrlə Səhiyyə Nazirliyinə şikayət olunsa da, məlum olmayan səbəblərdən heç kim Arzu Novruzov heç bir irad tutmur». Xəstəxanada xəstələrdən fond pulu adı ilə müxtəlif məbləğdə pul yığılır. Fond pulu daha çox bu iş üçün ayrılan müvafiq tibb bacıları tərəfindən toplanılır: «Tələb olunan məbləği ödəməkdən imtina edən xəstələr haqqında baş həkimə məlumat verilir. Belə olan hallarda isə həkimin işi həmin xəstəni fond pulu verməyin vacibliyinə inandırmaq və onun «ümumi qayda-qanundan» çıxmasının qarşısı alınır. Xəstələr isə hesab edirlər ki, dövlət müəssisəsində belə bir tendensiyanın mövcudluğu rüsvayçılıqdır. Xəstəxanada adi təzyiq ölçməyə görə 5-10 manat pul tələb edilir. Pulsuz xidmət göstərməli olan xəstəxanada pambığı belə, pulla satırlar. Xəstəxanada iynə vuran tibb bacısından tutmuş süpürgəçisinə kimi hər kəs pul tələb edir. Əks təqdirdə xəstə ilə çox pis rəftar edirlər. Ümumiyyətlə, Qazax rayon Mərkəzi Xəstəxana baxımsızlıqdan əziyyət çəkir. Onun xarici görünüşü heç də ürəkaçan deyil. Elə giriş qapısının çox pis vəziyyətdə olması xəstəxananın daxilindən xəbər verir. Xəstəxanadakı çarpayılar da bərbad vəziyyətdədir. Bu tibb müəssisəsinin su-kanalizasiya, istilik sistemi sıradan çıxıb. Vaxtı keçdiyindən su boruları çürüyüb. Mərkəzləşdirilmiş istilik sisteminin olmamasına görə şöbələr büzxanaya çevrilib. Su Torbalarının çürüməsi antisanitariyanın və yolxucu xəstəliklərin yayılmasına şəraət yaradır.

Tibb texnikasının köhnəliyi və yoxluğu müşahidə edilir. Anesteziya aparatı, eləcə də əməliyyat masası istifadə müddətini artıq çoxdan başa çatıb. Elə bu səbəbdən də əməliyyatlar uğurlu nəticə vermir». Əhaliyə daha keyfiyyətli tibbi xidmət göstərmək üçün Xəstəxanasının müasir avadanlıqlara, ultrasəs aparatına, qastrofibroskopa, süni tənəffüs aparatına, cərrahi avadanlıqlara, müasir mini laboratoriyalara ciddi şəkildə ehtiyacı var: «Xəstəxananın əməliyyat bloku, reanimasiya və digər şöbələrin əsaslı təmiri lazımdır. Əksər tibbi avadanlıqlar müasir tələblərə cavab vermir. Xəstəxananın rentgen aparatına da ehtiyacı var. Əməliyyat blokunda, reanimasiya şöbəsində tibbi aparatlara ehtiyac var. Doğum şöbəsi də bərbad vəziyyətdədir. Məhz elə buna görə də əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi keyfiyyətsiz və aşağıdır».

Onu da bildirək ki, bir neçə gün bundan öncə xəstəxanaya bir neçə yaralı gətirilib. Onların qəzada yaralandığı bildirilir. Həmin şəxslərə isə dərman verilməyib. Xəstəxanınanın tibb personalı bildirib ki, yaralılara ilkin yardım etmək üçün dərmanların verilməsi üçün baş həkim Arzu Novruzovun icazəsi lazımdır. Xəstələrin yaxınları məcburən tibbi yardım üçün lazım olan dərmanları və ləvazimatı elə xəstəxananın yanındakı aptekdən pulla alıblar.

Xəstə yaxınları bununla əlaqədar Səhiyyə Nazirliyinin “qaynar xətti”nə müraciət ediblər. Artıq xəstəxanadakı vəziyyətlə bağlı lazımi dairələrə şikayətlər də verilib.

Səhiyyə Nazirliyinin baş verən rəzalətə hansı reaksiya verəcəyi də maraqla gözlənilir. Bildirilir ki, Səhiyyə Nazirliyi hələ ki, bu barədə heç bir ölçü götürməyib. Məlumatda xəstəxanın yanındakı aptekdə məhz Arzu Novruzova məxsusdur və baş həkim dövlətin xəstəxanaya ayırdığı dərmanları bu aptekdə satdırır.

Qeyd edək ki, Arzu Novruzov Qazaxda və bütün ölkədə məşhur olan «Qaqarin Balaxanım»ın oğludur. Onun bacısı falçı İmamirə isə bütün ölkədə sayılıb seçilən baxıcılardandır. Elə Arzu Novruzovun bu vəzifəyə təyin olunmasında da falçı İmamirənin Qazaxın İcra başçısı Ayaz Əsgərova etdiyi «təzyiqlər» dayanıb. Həmin təzyiqlər barədə əvvəllərdə mətbuatda məlumatlar dərc olunub.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Qazax rayon Mərkəzi Xəstəxana bərbad vəziyyətdədir

  • 18-05-2015, 00:31
  • 1 736


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  2. Xəstəxana direktoru rüşvət alarkən saxlanılıb
  3. "Veysəloğlu" şefinə AĞIR İFADƏLƏR... - "Sənin kimilərdən Hacı Zeynalabdin olmadı..."
  4. İki uşaq anası özünü binadan atdı
  5. İki azərbaycanlıya 32 il HƏBS CƏZASI: Basqın, qarət və ...
  6. Bakıda avtomobil piyadaları vurdu - ANBAAN VİDEO
  7. Ərdoğandan Zəngəzur dəhlizi AÇIQLAMASI
  8. Bərdədə hamilə qadın doğuşda ÖLDÜ
  9. Sahibə Qafarova beynəlxalq təşkilatların “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətməsinə etiraz edib
  10. Hollivud ulduzu operatoru öldürdü, rejissoru yaraladı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI