“WhatsApp” “end-to-end” şifrləmə texnologiyasından imtina edəcək- Xüsusi xidmət orqanları şəxsi mesajlara müdaxilə edə biləcək

1 052 13-08-2018, 16:27 maraqli

“WhatsApp” “end-to-end” şifrləmə texnologiyasından imtina edəcək- Xüsusi xidmət orqanları şəxsi mesajlara müdaxilə edə biləcək“WhatsApp” messencerində istifadəçilərin yazışmasında “ent-to-end” şifrləmə texnologiyasından imtina ediləcək. Faktiki olaraq messencerin sahibi olan “Facebook” şirkəti “WhatsApp”ı bu texnologiyadan imtina etməyə məcbur edib.

Azərtac Rusiya KİV-lərinə istinadla xəbər verir ki, “Facebook” şirkətinin təsisçisi olan Mark Zukerberq ABŞ hökumətinin sosial şəbəkələrə qarşı belə tələb irəli sürdüyünü deyib.

“End-to-end” şifrləmə texnologiyasından imtina o deməkdir ki, xüsusi xidmət orqanları istifadəçilərin şəxsi mesajlarına maneəsiz müdaxilə edə biləcək. Bu, terror aktlarının qarşısını almağa imkan verəcək.

Proqramın yenilənmiş versiyası 2019-cu ildə çıxarılacaq.

XƏBƏR LENTİ