Suriya ordusunun terrorçulara qarşı əməliyyatları davam edir

 Suriya ordusunun terrorçulara qarşı əməliyyatları davam edir

Suriya ordusunun ölkənin müxtəlif məntəqələrində terrorçulara qarşı əməliyyatları davam edir.

Xeberdar.net bildiir ki, Suriyanın dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, bu ölkə ordusu terrorçu qruplaşmaların İdlib şəhərinin ətrafında yerləşən Səhn, Cənnətül-Qüra və Məməl Səkər məntəqələrinə qarşı hücumlarını önləyərək, onlara ağır zərbələr endirib.
Suriya ordusu həmçinin, Latakiya şəhərinin yaxınlığında bir yoxlama buraxılış məntəqəsinə hücum etmək istəyən bir qrup terrorçunu məhv edib.
Quneytrənin ətrafında da ordu qüvvələrinin həyata keçirdiyi əməliyyatda bir qrup terrorçu məhv edilib.
Dəməşqin ətrafında, Duma məntəqəsində də terrorçular Suriya ordusunun ağır hücumları qarşısında davam gətirməyərək, ciddi itkilər veriblər.
Suriya ordusu həmçinin, Homs şəhərinin şərq hissəsində, Cəbəlül-Şair və Cəzəl məntəqələrində İŞİD terrorçuları ilə ağır döyüşlərə başlayıb.
Hələbin şimal hissəsində yerləşən Başkuy və Həndərat kəndlərində də ordu qüvvələri ilə terrorçular arasında toqquşmalar davam edir.
Suriya ordusu ölkənin qərbində yerləşən Həma şəhərinin ətraf məntəqələrində də terrorçuların Səhl əl-Qalib kəndlərinə qarşı hücumlarını önləmək üçün əməliyyatlar həyata keçirir.

Suriya ordusunun terrorçulara qarşı əməliyyatları davam edir

  • 18-06-2015, 17:10
  • 1 160


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. "Qarabağ" - "Bazel" oyununda birinci hissə başa çatıb
  3. ABŞ və Türkiyə Ukraynanı silahlandırır – “Əgər Azərbaycanın təcrübəsi bizdə olsaydı...”
  4. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  5. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  6. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  7. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  8. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  9. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  10. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI