Hakimiyyətdə qalmaq üçün Paşinyan Ermənistan Konstitusiyasını dəyişəcək

926 18-08-2018, 09:47 dunya

Hakimiyyətdə qalmaq üçün Paşinyan Ermənistan Konstitusiyasını dəyişəcəkErmənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkiləri ərəfəsində hökumət başında qalmaq üçün Ermənistan Konstitusiyasını dəyişəcək.

“Sputnik Armeniya” xəbər verir ki, bu barədə o, Yerevanda keçirilən mitinqdə bildirib.

“Ermənistanda növbədənkənar seçkilər keçirilməlidir. Qüvvədə olan konstitusiyaya görə, istefa verməliyəm. Parlament də buraxılmalıdı və növbədənkənar parlament seçkiləri keçirilməlidir...

Belə vəziyyətdə bəzi qüvvələr düşünür ki, mən istefa verəndən sonra onlar gizlincə baş nazir seçəcəklər.

Bu insanlar Ermənistanda nə baş verdiyini anlamırlar. Onlar bunu anlamadıqlarına görə də, biz konstitusiyaya düzəlişlər edəcəyik”, - Ermənistanın baş naziri deyib.

“Konstitusiyaya düzəlişlərin məğzi bundan ibarət olacaq: növbədənkənar parlament seçkilərinin vəzifədə olan baş nazir istefa vermədən keçirilməsi mümkündür”, - Paşinyan vurğulayıb.(oxu.az)

XƏBƏR LENTİ