Gürcüstanda güclü partlayış

654 5-09-2018, 14:25 dunya

Gürcüstanda güclü partlayışGürcüstanın Poti şəhərində baş verən güclü partlayış zamanı bir nəfər ölüb, üç nəfər yaralanıb.Oxu.Az xəbər verir ki, bununla bağlı “Rustavi 2” telekanalı məlumat yayıb.

Partlayış şəhərin Nabado rayonunda, naməlum şəraitdə baş verib. Hadisə zamanı gənclərin əlindəki qumbara partlayıb.

Xəsarət alanlar Poti və Kutaisidəki xəstəxanalara çatdırılıb. Onlardan birinin yetkinlik yaşına çatmadığı bildirilib.

Hadisə nəticəsində yaxınlıqdakı infrastruktura da ziyan dəyib

XƏBƏR LENTİ