Azərbaycanda aktyor toyda bıçaqlandı- Ürəyindən

755 8-09-2018, 16:03 kriminal

Azərbaycanda aktyor toyda bıçaqlandı- ÜrəyindənBiləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.

Məlumata görə, həmin kənddə keçirilən toy mərasimində 1975-ci il təvəllüdlü Mahir Mirişli ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Mahir Mirişli aktyordur, bir sıra kino və teleseriallarda çəkilib, televiziyalarda dublyajçı kimi çalışıb. O, Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır və Biləsuvarda qohumlarından birinin toy mərasimində iştirak edirmiş.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ