Bakıdakı 6 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb

488 10-09-2018, 10:10 cemiyyet

Bakıdakı 6 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıbBakı Nəqliyyat Agentliyi (BNA) 1, 2, 18, 61, 147 və 217 nömrəli müntəzəm marşrut xətlərini müsabiqəyə çıxarıb.

Bu barədə BNA-dan verilən məlumatda bildirilir.

“Daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır. Müsabiqədə iştirak etmək istəyənlər BNA-ya müraciət edə bilərlər”, – məlumatda qeyd olunub.

XƏBƏR LENTİ