Azərbaycanda bahalaşma – Rəsmi statistika

821 10-09-2018, 11:43 iqtisadiyyat

Azərbaycanda bahalaşma – Rəsmi statistika2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,7% artıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ərzaq məhsulları 2,7%, qeyri-ərzaq malları 3,2%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 2,4% bahalaşıb.

Cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,9%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3%, qeyri-ərzaq mallarının qiymətləri 0,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,2% artıb.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətlərində 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8%, o cümlədən ərzaq məhsullarının qiymətlərində 2,8%, qeyri-ərzaq mallarının qiymətləri 3,4 %, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 2,3% artım qeydə alınıb.

Cari ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsullarının və xidmətləri 0,6 %, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,5% ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% bahalaşıb.


XƏBƏR LENTİ