Bakıda Nuru Paşanın abidəsi açıldı-Ziyalılar maraqlı faktlar açıqladı+Video+FOTO -YENİLƏNİB

936 16-09-2018, 13:21 siyaset / gundem



Sentyabrın 15-də Bakının daşnak bolşevik işğalından azad edilməsinin 100-cü ildönümü günündə Azərbaycanda ilk dəfə olaraq Borçalı Cəmiyyətinin ofisində Bakı fatehi Nuru Paşa Killigilin büstü açılmışdır. Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsindən sonra mərasimin giriş nitqi ilə Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli çıxış edərək bu addımın Azərbaycan türklərinin Nuru Paşa öndərliyində Qafqaz İslam Ordusu əsgərlərinə vəfa borcunun bir nişanəsi olmasını vurğulamışdır. Görkəmli ziyalılar və Diaspora ilə iş üzrə Dövlət Komitəsi təmsilçisinin iştirakı ilə alqışlarla Nuru Paşanın büstünün açılış mərasimindən sonra tanınmış alimlər, tarix elmləri doktorları Firdovsiyyə Əhmədova, Nəsiman Yaqublu, Mahal Qacar, istiqlalçı millət vəkili, professor Hacıbaba Əzimov, professor Telman Əliyev , görkəmli memar Ömər Qoçulu, sabiq millət vəkili Arzu Səmədbəyli, şair Güləmail Murad çıxış edərək 1918-ci ilin sentyabr günlərində Azərbaycanda baş verən olaylar, Ənvər Paşa və Nuru Paşa şəxsiyyəti, eləcə də Bakının və ümumilikdə Azərbaycanın 66 bölgəsinin düşmən işğalından azad edilməsinin önəmi haqda fikirlərini bölüşüblər. Çıxışlardan sonra Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli büstün müəllifi Zirəddin Quliyevə “Cəmiyyət” adından təşəkkürünü bildirərək ümidvar olduğunu bildirib ki, bu hadisə toplumumuzda milli dəyərlərə və tarixi şəxsiyyətlərə münasibət məsələsində ənənəyə çevriləcəkdir. Z. Məmmədli sentyabrın 15-də Bakıda Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə hərbi keçid keçirməsini də yüksək dəyərləndirərək bu əlamətdar olayı iki qardaş ölkə münasibətlərində yeni bir səhifə adlandırmışdır.
Mərasim saz söz ustalarının qəhrəmanlıq havalarını səsləndirilmələrilə sona çatıb.

Bakıda Nuru Paşanın abidəsi açıldı-Ziyalılar maraqlı faktlar açıqladı+Video+FOTO -YENİLƏNİB
Bakıda Nuru Paşanın abidəsi açıldı-Ziyalılar maraqlı faktlar açıqladı+Video+FOTO -YENİLƏNİB
Bakıda Nuru Paşanın abidəsi açıldı-Ziyalılar maraqlı faktlar açıqladı+Video+FOTO -YENİLƏNİB
Bakıda Nuru Paşanın abidəsi açıldı-Ziyalılar maraqlı faktlar açıqladı+Video+FOTO -YENİLƏNİB
Bakıda Nuru Paşanın abidəsi açıldı-Ziyalılar maraqlı faktlar açıqladı+Video+FOTO -YENİLƏNİB
Bakıda Nuru Paşanın abidəsi açıldı-Ziyalılar maraqlı faktlar açıqladı+Video+FOTO -YENİLƏNİB
Bakıda Nuru Paşanın abidəsi açıldı-Ziyalılar maraqlı faktlar açıqladı+Video+FOTO -YENİLƏNİB

Xeberdar.net

XƏBƏR LENTİ