“Rusiya Ermənistanın öz ordusunu Qarabağdan çıxartmasına nail olmalıdır” – Amerikalı ekspert

647 19-09-2018, 15:06 cemiyyet

“Rusiya Ermənistanın öz ordusunu Qarabağdan çıxartmasına nail olmalıdır” – Amerikalı ekspert“Nikol Paşinyanın rəsmi Bakını təhrik etməyə yönələn bəyanatları tam yersizdir, Ermənistanda və regionda vəziyyəri daha da qarışdırır”.

Bunu “Report”a amerikalı politoloq, Markett Universitetinin (Viskonsin) professoru Piter Teys deyib.

O qeyd edib ki, N.Paşinyanın bu cür bəyanatları fonunda Türkiyə Prezidenti Azərbaycanla dostluq və qardaşlıq münasibətlərini daha da inkişaf etdirir.

P.Teysin fikrincə, bütün bu addımlar, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin Bakıya qarşıdakı səfəri, Avropanın təhlükəsizliyi məsələləri, habelə regionun iqtisadi prosesləri ərtaflı şəkildə araşdırılmalıdır.

“ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sonuncunun iqtisadiyyatına böyük zərər vuraraq Kremlin regiondakı təsirini zəiflədir. Rusiya Ermənistanın öz ordusunu beynəlxalq hüquqa əsasən Azərbaycana məxsus olan bütün ərazilərdən çıxartmasına nail olmalıdır”.

Xeberdar.net

XƏBƏR LENTİ