Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanı cərimələyib

549 20-09-2018, 16:44 dunya

Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanı cərimələyibAvropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Martın 1-i işi üzrə” Ermənistanı 20 min 600 avro məbləğində cərimələyib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu məlumatı Avropa İnsan Hüquqları Məhkəməsinin saytı yayıb.

2008-ci il martın 1-də Yerevanda baş vermiş hadisələrin qurbanlarının maraqlarının hüquqi varislərinin vəkili Vaqa Qriqoryan bildirib ki, bütün qanun pozuntuları məhkəməyə təqdim edilmişdi: “Avropa İnsan Hüquqları Məhkəməsi onların hamısını qəbul edib. Hakimiyyətin bütün arqumentlərindən imtina olunub”.

XƏBƏR LENTİ