ABŞ-da təyyarə qəzası baş verib, ölənlər var

583 22-09-2018, 10:06 dunya

ABŞ-da təyyarə qəzası baş verib, ölənlər varABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Missuri ştatında, Sent Luis şəhəri yaxınlığındakı aeroportda baş verib.

Hadisə nəticəsində iki nəfər – ata və oğlu həlak olub. Məlumata görə, qəzaya pilotun qaranlıqda enmə xəttini tapa bilməməsi səbəb olub. Polis şerifinin sözlərinə görə, təyyarə Nyu-Yorkdan qayıdırmış.

Pilot yerə xəbər verib ki, o, texniki nasazlıq üzündən işığı uçuş-enmə zolağına sala bilmir.

XƏBƏR LENTİ