Hansı şəxslər dollarla kreditini ödəməyə bilər?- Bank üzrə ekspert...

1 067 26-09-2018, 14:17 iqtisadiyyat / sosial

Hansı şəxslər dollarla kreditini ödəməyə bilər?- Bank üzrə ekspert...Konstitusiya məhkəməsinin dollarla krediti olan şəxslərlə bağlı qərarından sonra şikayətlərin sayı artıb. Vətəndaşlar bunun üçün çıxış yolu axtarırlar. Elə problemin aktuallığını nəzərə alaraq bank üzrə ekspert Əkrəm Həsənova müraciət etdik.

Ə.Həsənov Moderator.az -a açıqlamasında dollarla krediti olan vətəndaşlara öz tövsiyyələrini verdi:

“Dollarla krediti olanları iki yerə bölmək lazımdır: O, şəxslər ki, götürdükləri kreditə görə kifayət qədər girov qoyublar, yaxud da onların yüksək əmək haqqı varsa, bu admların heç bir çıxış yolu yoxdur, yəni bank pulu onlardan yeni məzənnə ilə alacaq. İkinci bir məsələ əgər o, şəxslərin ki, krediti ödəməyə maddi imkanları yoxdur, (belə borclular çoxdur) bu, qərarın onlara təsiri yoxdur. Faktiki olaraq onlar müflis olublar və onlardan bu pulu almaq mümkün deyil. Təbii ki, belə bir praktika yaranıb ki, həmin şəxsləri qorxudurlar ki, krediti ödəsinlər. Qanunvericiliyə görə vətəndaşın bir evi varsa və o evi banka girov qoymayıbsa, ev onun əlindən alına bilməz. On minə kimi olan kreditlərdə bir qayda olaraq girov qoyulmur. Həmin şəxsləri kollektorlar, icra məmurları qanunsuz olaraq qorxudurlar ki, vətəndaş evini satıb kreditini ödəsin. Mən artıq üç şəxsin kredit problemi ilə bağlı Avropa məhkəməsinə şikayət etmişəm və bu məsələlərə baxılır”.

Xatırladaq ki, Konstitusiyanın son qərarından sonra Mülki Məcəllənin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycanın pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməzi kimi qiymətləndirilə bilməz.

XƏBƏR LENTİ