Taksidə siqaret çəkənlər cərimələnəcəklər

726 1-10-2018, 12:25 cemiyyet

Taksidə siqaret çəkənlər cərimələnəcəklərAzərbaycanda taksidə siqaret çəkən şəxslər cərimələnəcəklər.

Unikal.org-un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün məhsulları, o cümlədən siqaret çəkənlər 40 manatdan 50 manata qədər məbləğdə cərimələnəcəklər.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. Qanunun qüvvəyə minəcəyi tarix yaxın vaxtlarda məlum olacaq.

XƏBƏR LENTİ