“Məni və ailəmi hədələyirlər” - Ermənistanın vitse-spikeri

698 5-10-2018, 14:04 dunya

“Məni və ailəmi hədələyirlər” - Ermənistanın vitse-spikeriErmənistan parlamenti sədrinin müavini Arpine Ovannisyan ailəsi ilə birlikdə hədələndikləri üçün polisə müraciət edib. Ermənistanın keçmiş ədliyyə naziri, hazırda parlamentin vitse-spikeri Arpine Ovannisyan özünün “facebook” səhifəsində yazıb.

“Bu gündən mən sosial şəbəkələrdə haqqımda təhqiramiz şərhlər yayan və səhifəmə eyni məzmunlu mesajlar göndərən şəxslərin məsuliyyətə cəlb olunması üçün calışacağam. Mətbuat nümayəndələri bu statusumu bu cür şərhlərin ləğv olunması üçün xəbərdarlıq kimi qəbul edə bilərlər”, – erməni deputat bildirib.

Arpine Ovannisyan hər silinməyən şərhə görə məhkəməyə müraciət edəcəyini qeyd edib. Bundan başqa, o, məsələni Avropa İnsan Haqları Məhkəməsinə qədər daşıyacağını vurğlayıb.

Erməni nazir bu cür şərhlərin silinməsi praktikasının Avropa Məhkəməsində görülmədiyini, həmçinin daxili qanuvericilikdə də nəzərdə tutulmadığını etiraf edib.

“Hər bir halda mətbuat azad sözün zərər görməməsi üçün bu cür şərhləri silmək imkanına malik olacaqlar”, - deputat sonda üstüörtülü təhdid edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, bu barədə Facebook səhifəsində yazıb.O, sosial şəbəkələrdə ünvanına təhqiredici ifadələr yazanların cinayət məsuliyyətinə cəlb edilməsini istəyib: “Mən hər belə şərhlə bağlı məhkəməyə müraciət edəcəyəm. Öz hüquqlarımı müdafiə etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinədək gedəcəyəm”.

Qeyd edək ki, Arpine Ovannisyan keçmiş hakim Respublikaçılar Partiyasından deputat seçilib. O, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistan nümayəndə heyətinin başçısıdır.

XƏBƏR LENTİ