Göyçay rayon İcra hakimiyyəti başçısının I müavini İkram Vəliyev saxtakarlığa görə həbsdə yatıb - Namiq Qasımov

1 085 16-10-2018, 11:11 bolge

Göyçay rayon İcra hakimiyyəti başçısının I müavini İkram Vəliyev saxtakarlığa görə həbsdə yatıb - Namiq QasımovBakuNews.az-a müraciət edən Bakı şəhər, Badamdar qəsəbəsi, I-ci massiv, ev 396-da yaşayan Namiq Böyükkişi oğlu Qasımov Göyçay rayon İcra Hakimiyyəti başçısının I müavini İkram Vəliyevin bir zamanlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci, 179.3.2, 179.2.1-ci, 320.1 və 320.2 maddələri ilə təqsirləndirilərək haqqında məhkəmə qərarı ilə 3 il həbs qəti imkan tədbiri seçilib. Şikayətçi əlavə olaraq qeyd edir ki, İkram Vəliyevi həbsə aparan səbəb onun dələduzluğu olub. İ.Vəliyev haqqında çıxarılan məhkəmə qətnaməsini redaksiyaya təqdim edən Namiq Qasımov əlavə olaraq qeyd etdi ki, bu şəxsin mühüm dövlət vəzifəsində olması kifayət qədər şübhəlidir. “Necə ola bilər ki, saxta möhür hazırladaraq rəsmi sənədi saxtalaşdıran bir şəxs Göyçay kmi rayonda İcra Hakimiyyəti başçısının I müavini olsun. Bəyəm məhbəs həyatı yaşayan şəxsin dövlət vəzifəsi daşıması mümkündürmü? Məsələ bununla da bitmir. İkram Vəliyevin oğlu Toğrul Vəliyev Göyçay rayon Yol Polisi Xidməti şöbəsində rəis müavinidir. Onun ikinci oğlu Nicat Vəliyev isə İsmayıllı rayonunda polis orqanlarında çalışır. Göründüyü kimi hansı vasitələrləsə bu şəxs yenidən mühüm dövlət vəzifəsinə nəinki təyinat alıb. Hətta övladlarını belə polis orqanlarında vəzifələrə təyin etdirib.”

Namiq Qasımovun iddiasına görə İkram Vəliyev ona külli miqdarda maddi ziyan vurub. Məhz həmin ziyanın nəticəsi olaraq şikayətçinin sahib olduğu əmlak girov qismində ondan alınıb. Məsələni araşdırmaq üçün İkram Vəliyevlə əlaqə saxlayan əməkdaşımıza I müavin ziddiyətli məlumatlar verdi. Əvvəlcə “mən elə bir şəxs tanımıram” – deyən İkram Vəliyev sonradan “o iki gün əvvəl mənim yanımda olub və biz onunla razılaşmışıq” deyə bildirdi. “Namiq Qasımov pulunu məndən yox Vaqifdən istəsin” – deyən Göyçay rayon İcra Hakimiyyəti başçısının I müavini həbs olunmadığını da qeyd etdi. Lakin redaksiyaya təqdim edilən, 26 avqust 2003-cü il tarixli Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmündə isə konkret qeyd edilib: Vəliyev İkram Sabir oğlu Azərbaycan Respublikası CM-nin 32, 179.3.2, 320.1, 320.2ci maddələri ilə təqsirli bilib, CM-nin 32, 179.3.2-ci maddəsilə, CM-nin 62-ci maddəsini tətbiq etməklə 3(üç) il müddətinə, 320.1-ci maddəsilə 2 (iki) il və 320.2-ci maddəsilə 1 (bir) il müddətinə azadlıqdan məhrum edilsin.

Azərbaycan Respublikası CM-nin 38-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində 3 (üç) il müddətinə qəti azadlıqdan məhrum etmə cəzası saxlanılsın.

Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən şəxslərində mövqelərini də dərc edə bilər.

BakuNews.az

Göyçay rayon İcra hakimiyyəti başçısının I müavini İkram Vəliyev saxtakarlığa görə həbsdə yatıb - Namiq Qasımov
Göyçay rayon İcra hakimiyyəti başçısının I müavini İkram Vəliyev saxtakarlığa görə həbsdə yatıb - Namiq Qasımov

XƏBƏR LENTİ