Bakının bir hissəsində su olmayacaq

578 18-10-2018, 10:32 cemiyyet

Bakının bir hissəsində su olmayacaqYasamal rayonunda suyun verilməsi məhdudlaşdırılacaq.



“Azərsu” ASC-dən Xeberdar.net-ə verilən məlumata görə, Yasamal rayonu ərazisindən keçən magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar 18 oktyabr 2018-ci il tarixində gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xeberdar.net

XƏBƏR LENTİ