“Sülh həm Azərbaycan, həm də Ermənistan üçün vacibdir” – ABŞ Prezidentinin müşaviri

732 24-10-2018, 16:33 cemiyyet

“Sülh həm Azərbaycan, həm də Ermənistan üçün vacibdir” – ABŞ Prezidentinin müşaviri“Dağlıq Qarabağ münaqişəsinin həlli strateji əhəmiyyətə malikdir”.
Xeberdar.net məlumat verir ki, bunu jurnalistlərə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.

O qeyd edib ki, Bakıda rəsmi şəxslərlə görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi qaldırılıb.

“Bura məsələ ilə daha ətraflı tanış olmaq üçün gəlmişəm. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi, bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır, çünki sülh həm Azərbaycan, həm də Ermənistan üçün vacibdir”, – C.Bolton bildirib.

Xeberdar.net

XƏBƏR LENTİ