ABŞ Avropaya rekord partiya döyüş sursatı tullayıb – 100 konteyner silah…

713 28-10-2018, 23:12 dunya

ABŞ Avropaya rekord partiya döyüş sursatı tullayıb – 100 konteyner silah… Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-hava qüvvələri (HHQ) Yuqoslaviyanın bombalanmasından sonrakı dövrdə ilk dəfədir ki, Almaniyanın «Ramstein» aviabazasına nəhəng partiya döyüş sursatı tullayıb. Bu sursat «hərbi fəaliyyət teatrında gələcək əməliyyatlar» zamanı istifadə edilmək üçündür. Bu barədə ABŞ HHQ-nin Avropa komandanlığı xəbər verib.

«ABŞ HHQ-nin Almaniyadakı Ramstein aviabazasında dislokasiya olunmuş 86-cı təchizat eskadrilyası nəhəng partiya döyüş sursatı və ən yeni texnikalar alıb. Oktyabr ayı ərzində Ramsteinə müxtəlif döyüş susrstatı yüklənmiş 100-ə yaxın konteyner çatdırılıb» - deyə, ABŞ HHQ-nin xəbərində söhbət açılır.

86-cı eskadrilyanın döyüş-təminat rəisi, kapitan-serjant Devid Hedin sözlərinə görə, bu miqyasda təminat 20-ci əsrin sonundan üzübəri heç vaxt həyata keçirilməyib.
«Bu, 1999-cu ildə həyata keçirilmiş «Müttəfiq qüvvəsi» əməliyyatı dövründən sonra ilk nəhəng partiyadır» - deyə, o, Yuqoslaviyada həyata keçirilmiş 78-günlük kompaniyanı nəzərdə tutub.

«Aldığımız döyüş susrsatı hərbi fəaliyyət teatrında gələcək əməliyyatlar və ABŞ komanlanlığının iştirakının Avropada genişləndirilməsi zamanı istifadə olunacaq» – deyə, Hed bildirib./azpoltika/

XƏBƏR LENTİ