ABŞ-ın daha bir ştatında atışma olub – Ölən və yaralananlar var

768 24-11-2018, 09:35 dunya

ABŞ-ın daha bir ştatında atışma olub – Ölən və yaralananlar varÖtən gün ABŞ-da atışma olub.“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Miami Herald” nəşri məlumat verib.
Hadisə Florida ştatının Mayami Deyd dairəsində bir mağazanın qarşısında qeydə alınıb. Nəticədə 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
WSNV telekanalının məlumatına görə, ölənlərdən biri qadındır.
Hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, noyabrın 24-də ABŞ-ın Nyu Cersi ştatında da ticarət mərkəzlərindən birində atışma olmuş, 1 nəfər yaralanmışdı.

Xeberdar.net

XƏBƏR LENTİ