Nikol Paşinyan: “Mənim yürüşlərim hələ çox olacaq, xoşu gəlməyən gedib soyuq duş qəbul etsin”

733 26-11-2018, 12:40 dunya

Nikol Paşinyan: “Mənim yürüşlərim hələ çox olacaq, xoşu gəlməyən gedib soyuq duş qəbul etsin”“Mənim yürüşümdə az iştirakçının olduğunu deyənlərə səslənirəm: görək sizlərdən 37 km gəzməyi arzulayan neçə adam küçəyə çıxacaq”.

Bu sözləri Ermənistan baş nazirinin səlahiyyələtrini icra edən Nikol Paşinyan öz facebook səhifəsində yazıb.

“Yürüş 9,5 saat davam etdi. Belə tədbirlər hələ uzun müddət davam edəcək. Belə narahatsınızsa gedin soyuq duş qəbul edin”,-deyə erməni baş nazir qeyd edib.

Paşinyanın iddiasına görə, yürüşdə 1 milyon adam (özü də ən azı) iştirak edib.

Müxalifət isə baş nazirin əvvəlki iqtidarın metodlarından istifadə etməklə inzibati resurslardan yararlanaraq insanları kütləvi tədbirə cəlb etdiyini bildirir.

Hətta Paşinyana yaxın sayılan “Transparensi İnterneşnl” antikorrupsiya mərkəzinin proqramlar direktoru Varujan Oktanyan "Azadlıq" radiosunun Ermənistan bürosuna verdiyi müsahibədə Serj Sərkisyanın vaxtında mövcud olan praktikanın hazırkı iqtidar tərəfindən tətbiq olunduğunu acı təəssüflə qeyd edib.(Musavat.com)

XƏBƏR LENTİ