Bərdədə kütləvi dava baş verib – 4 nəfər bıçaqlanıb

825 27-11-2018, 20:40 kriminal

Bərdədə kütləvi dava baş verib – 4 nəfər bıçaqlanıb Bərdə rayonunda kütləvi dava baş verib.

“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Lək kəndi yaxınlığındakı meşədə qeydə alınıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından “Report”un yerli bürosuna verilən məlumata görə, Bərdə rayon Qaradəmirçi kənd sakinləri – Nurlan, Sərxan və Orxan Əlikram oğlu Ramazanov qardaşları və onların yaxın dostu Elnur Dəmir oğlu Qurbanov kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların ikisi Reanimasiya, digər ikisi isə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Bərdə rayon Polis şöbəsində əməliyyat qrupu yaradılıb, hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Araşdırma aparılır.

XƏBƏR LENTİ