Bakıda ağır qəza – ÖLƏN VAR

651 6-12-2018, 10:33 gundem

Bakıda ağır qəza – ÖLƏN VARBakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Dünən saat 18 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində Nuslət Abdullayev idarə etdiyi “VAZ 2104” markalı avtomobillə yolu keçməyə çalışan 50-55 yaşlı kişini vurub. Ağır kəllə-beyin xəsarəti alan şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Məlum olub ki, o, Biləcəri qəsəbə sakini, 1960-cı il təvəllüdlü Kərimov Əzizağa Müslüm oğludur. Həkimlərin səyinə baxmayaraq o, gecə saatlarında vəfat edib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.(publika.az)

XƏBƏR LENTİ