Sumqayıtda qəza zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub

645 8-12-2018, 00:40 hadise

Sumqayıtda qəza zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub Sumqayıt şəhərində baş verən qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, qəza zamanı Zaur Nəsibov dünyasını dəyişib, avtomobildə olan digər 3 nəfər – 1992-ci il təvəllüdlü Həsənov Orxan İmamverdi oğlu, 1985-ci il təvəllüdlü Qəhrəmanov Habil Vaqif oğlu və 1996-ci il təvəllüdlü Bəkirov Səbuhi İlqar oğlu ağır bədən xəsarətləri alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Lakin yaralılar sonradan müalicələrini davam etdirmək üçün Bakı şəhərinə göndəriliblər.

XƏBƏR LENTİ