Mübariz İbrahimovun qardaşından məhkəmə xəbərinə REAKSİYA

873 17-12-2018, 14:53 cemiyyet

Mübariz İbrahimovun qardaşından məhkəmə xəbərinə REAKSİYAMilli Qəhrəman Mübariz İbrahimovun qardaşı Rəşad İbrahimov psixoloq Nərmin Şahmarzadənin məhkəməyə verilməsinə münasibət bildirib.
Xeberdar.net məlumat verir ki, R.İbrahimov ölkə.az-a açıqlamasında bildirib ki, xalq sözügedən şəxsə lazımi cavabı verib:
"Atam dəfələrlə çıxışlarında deyib ki, Mübariz bütün xalqın övladıdır. Bu məsələdə də xalq öz mövqeyini ortaya qoydu. Mən başqa nəsə danışmaq istəmirəm".
Qeyd edək ki, Fövqaladə Hallar Nazirliyinin mayoru, 9 qat dünya,3 qat avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.
Xatırladaq ki, N.Şahmarzadə M.İbrahimovu qəhrəman hesab etmədiyini bildirmiş və onu qatil adlandırmışdı.

XƏBƏR LENTİ