Kürdəmirdə sahibkarların dizi necə bükülür... - İTTİHAM

726 26-12-2018, 13:09 bolge

Kürdəmirdə sahibkarların dizi necə bükülür... - İTTİHAM50-dən çox sahibkar təzyiqlərə baxmayaraq hər hansı bir etiraz aksiyasına əl atmağa lüzum görmürlər. Çünki onlar daim haqqın yanında olan, vətəndaşlarının hüquqlarını müadifə edən ölkə başçısı İlham Əliyev məsələyə müdaxilə edəcəyinə əmindirlər.

İki həftə öncə həbsdə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovla və Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun şərikli şirkəti olan “Qlobal-Aqro” MMC-nin sahibkarların istifadə etdiyi torpaq sahələrini ölkə başçısı İlham Əliyevin adı ilə zəbt etməsi barədə məlumat yaymışdıq. Həmin xəbərdə qeyd edilirdi ki, hökumətin aqrar sektorun inkişafına ayırdığı vəsaitlər hazırda da artan dinamika ilə davam etməkdədir. Ancaq təəssüflər olsun ki, bəzi məmurlar səlahiyyət və digər imkanlarından istifadə edərək bu sahədə də maxinasiya hallarına yol verirlər. Belə ki, aqrar sahə üzrə müxtəlif şəxslərin adlarına yaradılan, milyonluq layihələrə imza atan bəzi şirkətlərin arxasında “məmur işbirliyi” dayanır.

Belə maxinasiya hallarından biri də 2016-cı ildə Kürdəmir rayonunun Pirili kəndi ərazisində yaradılan “Qlobal-Aqro” MMC ilə Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərliyi arasında baş verib. Belə ki, həbsdə olan sabiq Aparat rəhbəri Vidadi Zeynalovun və ortaqlarının şərikli şirkəti olan və ilkin kapitalı 10 manat olan “Qlobal-Aqro” MMC Kürdəmir rayonu Pirli kəndi ətrafındakı ərazilərdə yerləşən təsərrüfat sahiblərinə təzyiqlər etməklə onların torpaq sahələrini əllərindən almaq istəyirlər.

PİA.az-a daxil olan məlumata görə Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərov və “Qlobal-Aqro” şirkətinin əsas sahiblərindən biri olan Ramazan adlı şəxs (Vidadi Zeynalovun şəriki olduğu bildirilir) Pirli və qonşu kəndlərdəki 50-dən çox sahibkarın təsərrüfatına qarşı təzyiqlərə başlayıblar. Pirli və qonşu kəndlərdəki 50-dən çox sahibkarın təsərrüfatına qarşı təzyiqlərə başlayıblar.

Kürdəmir sakinləri bildirirlər ki, Ceyhun Cəfərovla Vidadi Zeynalovun şəriki rayonda vəziyyəti üsyan halına gətirtməkdə maraqlıdırlar. Yəni təzyiqləri dayanmadan artıran icra başçısı ilə iş adamının əsl niyyətləri 50-dən çox əlacsız sahibkarın etiraz aksiyasına təhrik edilməsidir. Sahibkarlar iddia edirlər ki, Ceyhun Cəfərov onlara bildirib ki, etiraz aksiyası keçirəcəkləri halda, onları radikal müxalifətin üzvləri kimi həbs etdirəcək.

Saytımıza daxil olan məlumatda şikayətçilər vurğulayır ki, 50-dən çox sahibkar təzyiqlərə baxmayaraq hər hansı bir etiraz aksiyasına əl atmağa lüzum görmürlər. Çünki onlar daim haqqın yanında olan, vətəndaşlarının hüquqlarını müadifə edən ölkə başçısı İlham Əliyev məsələyə müdaxilə edəcəyinə əmindirlər.

XƏBƏR LENTİ