Təcili tibbi yardım maşını ağır qəza törədib – Azərbaycanlılar xəsarət alıblar

718 9-01-2019, 12:01 dunya

Təcili tibbi yardım maşını ağır qəza törədib – Azərbaycanlılar xəsarət alıblarGürcüstanın paytaxtı Tbilisinin mərkəzi Çavçavadze prospektində təcili tibbi yardım maşını ağır qəza törədib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, səhər saatlarında avtomobil prospektdə tikinti ərazisində yerləşən və tikintidə çalışan işçilərin olduğu köşkə çırpılıb.

Nəticədə bir nəfər ölüb, 12 nəfər yaralanıb. Xəsarət alanların təcili tibbi yardım briqadasının üzvləri və Azərbaycan vətəndaşları və ya yerli azərbaycanlıların olduğu bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan birinin vəziyyəti ağır olduğundan əməliyyat olunub.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb.

Azərbaycanın Gürcüstandakı səfirliyindən “Report”un yerli bürosuna bildirilib ki, qəza nəticəsində xəsarət alanların arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə hələlik məlumat daxil olmayıb.

Tikinti şirkətinin təhlükəsizlik üzrə meneceri Rati Tskitişvili isə jurnalistlərə bildirib ki, qəza zamanı xəsarət alanlar Gürcüstan vətəndaşlarıdır.

XƏBƏR LENTİ