“Münaqişənin həllinə hələ böyük yol var” – Tomas de Vaal

611 11-01-2019, 12:45 cemiyyet

“Münaqişənin həllinə hələ böyük yol var” – Tomas de Vaal“Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasındakı ritorikada gərginliyin azalması müşahidə olunur və bu da sülh prosesinin yenidən başlanmasını mümkün edir”.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Cənubi Qafqaz regionu üzrə ekspert, britaniyalı jurnalist Tomas de Vaal bildirib.

O, münaqişənin həlli ilə bağlı vəziyyətin inkişaf etdiyini deyib: “Münaqişə tərəfləri arasında kəskin ritorikanın müəyyən dərəcədə azalmasını görürəm. Ermənistanın yeni hökuməti münaqişənin həlli ilə bağlı düşüncələrini yeniləyə bilər. Tərəflər arasında təmaslar artıb. Lakin təəssüflər olsun ki, hər iki tərəfin mövqeyi dramatik dərəcədə bir-birinə əksdir. Mövqelər bir-birindən olduqca uzaqdır. Münaqişənin həllinə hələ böyük yol var”.

Tomas de Vaal Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll olunmasının tərəfdarı olduğunu vurğulayıb.

XƏBƏR LENTİ