BDU-da kadr dəyişikliyi:Nazim Məcidov Kadrlar şöbəsinin müdiri təyin olundu

1 048 14-01-2019, 11:15 cemiyyet

BDU-da kadr dəyişikliyi:Nazim Məcidov Kadrlar şöbəsinin müdiri təyin olunduBakı Dövlət Universitetində (BDU) kadr dəyişikliyi baş verib.

Xeberdar.net-in məlumatına görə, universitetin rektor əvəzi Firudin Qurbanovun əmri ilə Kadrlar şöbəsinin müdir əvəzi Təranə Əhədova vəzifəsindən azad edilib.

Rektorun digər əmri ilə Nazim Məcidov BDU-nun Kadrlar şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Nazim Məcidov bu təyinata qədər uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb. O, Strateq.az-a açıqlamasında xəbəri təsdiqləyib: “Yanvarın 11-də BDU rektorunun əmri ilə Kadrlar şöbəsinin müdiri təyin olunmuşam”.

XƏBƏR LENTİ