Məzarı tapılmayan azərbaycanlı repressiya qurbanlarının siyahısı hazırlanıb –AMEA-dan açıqlama

Məzarı tapılmayan azərbaycanlı repressiya qurbanlarının siyahısı hazırlanıb –AMEA-dan açıqlamaAzərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana (MEK) tərəfindən məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanlarının siyahısı tərtib edilib.

MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova bildirib ki, 546 nəfərlik siyahı elektron kataloqa daxil edilərək kitabxananın Milli Rəqəmsal Yaddaş Bazasına yerləşdirilib.

O, siyahının açıq saxlanıldığını, gələcəkdə əlavələrin edilməsinin də mümkünlüyünü bildirib. N.Həsənova qeyd edib ki, bolşeviklərin Azərbaycandakı hakimiyyəti dövründə Azərbaycandan 100 minə yaxın ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı və din xadimi Sibirə, Qazaxıstana, o cümlədən digər yerlərə sürgün edilib.

MEK tərəfindən “Xaricdə yaşamış azərbaycanlıların məzarları” adlı kolleksiyanın hazırlandığını deyən N.Həsənovanın sözlərinə görə, həmin kolleksiya üzərində işləyərkən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) süqut etdikdən sonra onun yaradılmasında iştirak etmiş insanların çoxunun repressiya qurbanlarına çevrildiyi məlum olub: “Repressiya qurbanları sürgün olunduqları yerdə dəfn olunduqlarından, bu yerlər haqqında heç bir məlumat göstərilməyib”.

Bölmə rəhbəri əlavə edib ki, hazırladıqları siyahının bir hissəsində AXC dövründə xaricdə təhsil alan şəxslərin adları yer alıb, digər hissə isə tamamlanmayıb/Trend.

Məzarı tapılmayan azərbaycanlı repressiya qurbanlarının siyahısı hazırlanıb –AMEA-dan açıqlama

  • 24-01-2019, 14:43
  • 364


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Polisin işə səthi yanaşması Göyçayda avtoxuliqanlıq nəticəsində qəzaların sayının artmasına səbəb olur
  2. Nərimanov rayonunda ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi keçirilib
  3. 14 gün bu metodu etsəniz, virus məhv olar - Türk professordan açıqlama
  4. Temperatur kəskin enir: 2 DEKABRADƏK... - XƏBƏRDARLIQ
  5. “Yaxt klub”da oğurluq olub
  6. Neft yenidən bahalaşıb
  7. Bakıda 15 yaşlı yeniyetmə vəfat etdi
  8. Jurnalistlər Eldəniz Səlimovun məhkəməsinə buraxılmadı
  9. “AzerGold” şefi Zakir İbrahimovun QIZIL KİMİ OĞLU… – NƏ İŞLƏR ÇEVİRİR… FOTO
  10. Nazir müavinləri təbiətin QƏNİMİNƏ ÇEVRİLİB - FAKT BUDUR!
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI