Bakıda uşaq bağçasında yanğın - Təxliyə olunanlar var

776 1-02-2019, 13:09 hadise

Bakıda uşaq bağçasında yanğın - Təxliyə olunanlar varBakıda uşaq bağçasının yerləşdiyi binada yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə Xətai rayonunda baş verib. Belə ki, uşaq bağçasının yerləşdiyi binanın girişində quraşdırılmış 1 ədəd elektrik lövhəsi yanıb.

Yanğın zamanı 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın söndürülüb.

XƏBƏR LENTİ