İstanbulda çökən 8 mərtəbəli bina… –5 yaşlı uşaq 19 saatdan sonra sağ çıxarıldı

666 7-02-2019, 14:21 dunya

İstanbulda çökən 8 mərtəbəli bina… –5 yaşlı uşaq 19 saatdan sonra sağ çıxarıldıİstanbulda 8 mərtəbəli binanın çökməsi nəticəsində 3 nəfər ölüb, dağıntılar altından 13 nəfər yaralı halda xilas edilib.

Bu barədə İstanbul valiliyindən bildirilib.

Dağıntılar altından çıxarılan 3 nəfərin vəziyyəti ağırdır. Ölən və yaralıların adları açıqlanmayıb.

Xilasedicilər 19 saatdan sonra 5 yaşlı Havva Tekgöz adlı qız xilas edib.

Ətraf Mühit və şəhərsalma naziri Murat Kurumun sözlərinə görə, hələ də dağıntılar altında qalanlar var. Onların səslərini eşitmək mümkündür.

Hadisədən sonra ətrafdakı 7 binanın sakinləri də təxliyə edilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda 8 mərtəbəli yaşayış binası çöküb./Report

XƏBƏR LENTİ