Şirkət “pilot layihə“ adı altında vətəndaşın mənzilini əlindən aldı – “Qismət-M Construction” MMC-dən şikayət

Şirkət “pilot layihə“ adı altında vətəndaşın mənzilini əlindən aldı – “Qismət-M Construction” MMC-dən şikayətBakınin Yasamal rayonunda həyata keçirilən pilot layihə zamanı vətəndaşın mənzilini tikinti şirkəti ələ keçirilərək, onun mülkiyyət hüquqları pozub.

AzFakt.com xəbər verir ki, Əliyeva Ələviyyə Dəmqulu qızı “Qismət-M Construction” MMC-nin bəzi vəzifəli şəxslərindən şikayətçidir.

Onun sözlərinə görə, Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi ev 174 ünvanında yerləşən mənzili “Pilot Layihə” adı altında “Qismət-M Construction” MMC-nin bəzi vəzifəli şəxsləri tərəfindən ələ keçirilib. Belə ki, şirkət sökülən mənzilin sahibi ilə müqavilə bağlamaq əvəzinə, həmin mənzilin köhnə sahibi ilə köhnə tarixə, saxta müqavilə bağlandığını bəhanə ediblər. Bununla da “Qismət-M Construction” MMC-nin bəzi vəzifəli şəxslərinin faktiki olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərini və vətəndaşa məxsus iki otaqlı mənzili ələ keçirərək mənzilin alınması üçün ayrılmış külli miqdarda pulu mənimsədyiblər.

Qeyd edək ki, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 174 ömrəli evin, 59 nömrəli mənzili Əliyeva Ələviyyə Dəmqulu qızının mülkiyyətində olmasına baxmayaraq, “Qismət-M Construction” MMC-nin bəzi vəzifəli şəxsləri” köhnə tarixə saxta müqavilə bağlamaqla həmin mənzilə görə ayrılmış pul vəsaitini və mənzilin özünü ələ keçirmişlər. Amma qeyd edilən mənzil tam mülkiyyət hüququ ilə Əliyeva Ələviyyə Dəmqulu qızına məxsusdur və Dövlət Reyestrindən çıxarışı vardır.

“Qismət-M Construction” MMC isə buna məhəl qoymaq niyyətində deyil.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Pilot layihə” kimi qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililərin sökülərək onların yerində yeni yaşayış binalarının tikilməsi barədə tapşırığı ölkədə uğurla həyata keçirilsə də “Qismət-M Construction” MMC kimi bəzi şirkətlər ölkə rəhbərinin tapşırıqlarına və uğurlu fəaliyyətinə xələl gətirilər.

Hamımıza məlumdur ki, mənzil tikinti kooperativləri vətəndaşları aldadaraq eyni mənzili bir neçə şəxsə satmaqla külli miqdarda vətəndaşlara ziyan vurduqlarına görə rəhbərlik etdiyiniz idarə tərəfindən çoxsaylı MTK rəhbərləri həbs edilmişdir.

Hal-hazırda isə “Qismət-M Construction” MMC-nin bəzi vəzifəli şəxsləri eyni xarakterli fəaliyyətə başlayaraq vətəndaşın mənzilini ələ keçiriblər. “Qismət-M Construction” MMC-nin bəzi vəzifəli şəxsləri tərəfindən başqa şəxslərə qarşı da belə hərəkətlərin edilməsi məlum olmasa da bu halların olması istisna edilmir.

Ələviyyə Əliyevanın bildirir ki, vətəndaşların “Pilot layihə” kimi qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililərin sökülərək onların yerində yeni yaşayış binalarının tikilməsinə razı olmalarının səbəbi prezident İlham Əliyevin vətəndaşlara verdiyi söz olub: “Lakin “Qismət-M Construction” MMC-nin bəzi vəzifəli şəxsləri” MMC-nin bəzi vəzifəli şəxsləri bu sözü yerinə yetirmək əvəzinə bizim mülkiyyətimizi ələ keçirməklə məşğuldurlar”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Şirkət “pilot layihə“ adı altında vətəndaşın mənzilini əlindən aldı – “Qismət-M Construction” MMC-dən şikayət

  • 12-02-2019, 11:31
  • 394


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Doğum evlərində süni qida bazarına yox deyək!
  2. Nazir müavini vəzifəsindən azad edildi
  3. AZƏRBAYCAN və TÜRKİYƏ PREZİDENTLƏRİ ŞUŞADA - CANLI YAYIM (Yenilənir)
  4. "Putin və Bayden Dağlıq Qarabağdakı vəziyyətə xüsusi diqqət ayıracaq" - Kreml
  5. Neftçalada bələdiyyə sədri şəhid ailəsinin torpağını əlindən alır
  6. 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür
  7. Hərbi əməkdaşlığımız təhlükəsizliyimizə təminatdir
  8. Təhsil Tələbə Krediti Fondu yaradılır - FƏRMAN
  9. Xalq Heydər Əliyevi öz milli xilaskarı və öndəri seçdi
  10. Azərbaycan və Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI