Bakıda spirtli içkidən zəhərlənib öldü – FOTO

743 18-02-2019, 13:25 hadise

Bakıda spirtli içkidən zəhərlənib öldü – FOTOAlkoqoldan zəhərlənərək ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, bu il fevral ayının 16-da Səbail rayonu N.Rəfibəyli küçəsində yerləşən “Maarifçi Qriqoriy” kilsəsinin qarşısından təxminən 35-40 yaşlarında olan naməlum kişi kəskin alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxanaya gətirilib, həkimlərin səylərinə baxmayaraq orada vəfat edib.

Kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə (012) 437-02-02, (012) 492-02-02 şəhər və (050) 280-04-30, (050) 602-62-06 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

XƏBƏR LENTİ