Ekspert:"Xəzər dənizinin statusu haqqında konvensiyanı bu səbəblə imzaladıq"

543 26-02-2019, 15:58 cemiyyet

Ekspert:"Xəzər dənizinin statusu haqqında konvensiyanı bu səbəblə imzaladıq"Azərbaycan Ordusu regionun ən inkişaf etmiş ordularından biridir, effektiv və döyüş qabiliyyətlidir”.

Bunu Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş mətbuat konfransında rusiyalı hərbi ekspert İqor Korotçenkodeyib.

O qeyd edib ki, bu gün dünyada çox çətin hərbi-siyasi vəziyyət yaranıb: “Azərbaycan Rusiyanın mühüm hərbi-texniki tərəfdaşlarından biridir. Bu əməkdaşlıq kiməsə qarşı yönəlməyib. O, Azərbaycanın suverenliyi və müstəqilliyinin müdafiəsinə yönəlib”.

İ.Korotçenkonun sözlərinə görə, Xəzəryanı ölkələrin özləri regionun təhlükəsizliyini təmin etməlidirlər: “Xəzər regionunda heç bir xarici oyunçu olmamalıdır – nə ABŞ, nə Böyük Britaniya, nə də NATO. Xəzərin təhlükəsizlik zonası olaraq qalması bizim üçün vacibdir. Elə bu səbəblə də Xəzər dənizinin statusu haqqında konvensiyanı imzaladıq”. (Report)

XƏBƏR LENTİ