Son on gündə Bərdə doğum evində 4 körpə öldü – Cinayət işi açıldı

Son on gündə Bərdə doğum evində 4 körpə öldü – Cinayət işi açıldıBərdə rayonunda daha bir doğuş zamanı uşağın ölümünə görə cinayət işi başlanılıb. Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 27-də Tərtər rayonu, Qarağacı kənd sakini, 1998-ci il təvəllüdlü Abdullayeva Elnarə Seymur qızının Bərdə Doğum Evində yeni doğulmuş qız uşağının ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə məhkəmə tibb ekspertizası təyin edilib. Doğum evində tərtib olunan sənədlər götürülüb və digər istintaq hərəkətləri yerinə yetirilib. İstintaq davam etdirilir.

Qeyd edək ki, son günlər Bərdə Doğum Evində doğuş zamanı bir neçə ölüm faktı baş verib. Fevralın 21-də Tərtər rayon sakini, 1981-ci il təvəllüdlü Gülxarə Əhmədova 29-30 həftəlik hamiləlik, vaxtından əvvəl doğuş diaqnozu ilə Bərdə rayon doğum evinə daxil olub. Doğuşdan bir neçə dəqiqə sonra yeni doğulmuş oğlan uşağı ölüb. Fevralın 24-ü isə Ağcabədi rayon sakini Ziba Qurbanovanın əkiz oğlan uşaqları vəfat edib.

Son on gündə Bərdə doğum evində 4 körpə öldü – Cinayət işi açıldı

  • 1-03-2019, 11:29
  • 345


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  2. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  3. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  4. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  5. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  6. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  7. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  8. Azərbaycanda oğul atanı bıçaqladı
  9. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
  10. ABŞ 20 il sonra 11 sentyabr hücumlarının qurbanlarını anır
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI