«Putin Belarusu «udmağa» hazırlaşmır…» – Lukaşenko əmindir

668 1-03-2019, 21:42 gundem

«Putin Belarusu «udmağa» hazırlaşmır…» – Lukaşenko əmindirXeberdar/net-in Belarus KİV-nə istinadla verdiyi xəbərə görə, Belarus respublikasının prezidenti Aleksandr Lukaşenko bu gün jurnalistlərlə və ictimaiyyət nümayəndələri ilə görüşü zamanı bəyan edib ki, Rusiyanın bu ölkəni «udmaq» niyyəti yoxdur. Bu barədə «BELTA» xəbər verib.

Onun sözlərinə görə, Vladimir Putin heç vaxt belə niyyəti barədə danışmayıb.

«Onun tərəfindən heç bir cəhd olmayıb ki, Rusiya prezidenti «Belarusu Rusiyanın tərkibinə inkorporasiya etmək lazımdır» kimi fikir söyləsin – mən, bircə dəfə də eşitməmişəm, hətta belə əhval da olmayıb» – Lukaşenko bildirib

Belarus lideri qeyd edib ki, onun ölkəsi və Rusiya «mütləq birgə olmalıdır».

Bununla bərabər, Belarus prezidenti bəyan edib ki, «bizim sərhədlərimizin perimetri boyunca yeni gərginlik nöqtələri meydana çıxır».

XƏBƏR LENTİ