Kərəm Həsənov vəziyyətdən çıxa biləcəkmi? – ƏMDK-nin ləğv olunması gözlənilir…

729 5-03-2019, 15:24 cemiyyet

Kərəm Həsənov vəziyyətdən çıxa biləcəkmi? – ƏMDK-nin ləğv olunması gözlənilir…Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov vəzifəsi ilə vidalaşır…

Kərəm Həsənov ƏMDK-nın sədri vəzifəsindən getdikdən sonra başqa bir vəzifəyə təyin olunması, ən azından xarici ölkələrdən birinə səfir göndərilməsi barədə xahiş edib. Lakin K. Həsənaova hələ ki, müsbət cavab verilməyib.

Prezident İlham Əliyevin həyata keçirdiyi struktur və kadr islahatları çərçivəsində yaxın zamanlarda Əmlak Məsələləri Dövlət Komitəsinin ləğv edilməsi gözlənilir. Bu barədə pia.az-a daxil olan səhih məlumata görə, ƏMDK-nın yerində eyni adlı publik hüquqi şəxsin yaradılması nəzərdə tutulur. ƏMDK-nın bəzi səlahiyyətlərinin isə ASAN Xidmətə veriləcəyi bildirilir.

Pia.az-ın başqa bir mənbədən əldə etdiyi məlumata görə isə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov nəzərdə tutulan islahatdan xəbərdardır. Mənbə iddia edir ki, Kərəm Həsənov ƏMDK-nın sədri vəzifəsindən getdikdən sonra başqa bir vəzifəyə təyin olunması, ən azından xarici ölkələrdən birinə səfir göndərilməsi barədə xahiş edib. Lakin K. Həsənaova hələ ki, müsbət cavab verilməyib.

Hətta gələnilki parlament seçkilərində Komitə sədrinin qardaşı Malik Həsənovun da namizədliyinin iqtidar siyahısında olmayacağı söylənilir. Səbəb kimi isə Həsənovların sağ-solda “Azinko” barədə danışdıqlarının yuxarılara çatması və nəticədə gözdən düşmələri göstərilir.

Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq…/ Pia.az/

XƏBƏR LENTİ